Koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə, o cümlədən Votsap ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 1 nəfərə xəbərdarlıq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə əhaliyə "koronavirusla ilə bağlı testdən keçməyin" deyə mesaj göndərilir.
Yazıda qeyd olunub ki, "koronavirusla bağlı polis və həkimlər qapınıza gələrək, test olunmağınızı istəyəcək, onlara rədd cavabı verin". Məlumata görə, guya onların məqsədi test etmək yox, adamları virusa yoluxdurmaqdır.
istinad