15 yaşlı qızı və özü koronavirusa yoluxan Azad Azərbaycan Televiziyasının Avropa bürosunun müxbiri Şahin Abbasov səhhəti barəsində danışıb.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, "ATV Xəbər"ə qoşulan Şahin Abbasov son vəziyyəti ilə bağlı məlumat verib.
"Artıq səhhətim stabilləşir. Hərarətim yoxdur. Bundan başqa dilimdəki qaralma çəkilib. Bədənimdə yorğunluq var.
Bu xəstəlik insanı çox zəiflədir. Həkim bizə qoxu və dad bilməni itirdiyimiz üçün müalicə yazıb".
Qeyd edək ki, Almaniyada koronavirusa yoluxma ilə təsdiq edilmiş halların sayı 95 391 nəfərə çatıb.
Məlumata görə, ölkədə ümumilikdə 1 434 nəfər pandemiyanın qurbanı olub.
Son sutka ərzində Almaniyada 3 677 virusa yeni yoluxma halı aşkarlanıb, ölənlərin sayı 92 nəfər təşkil edib.
BAKU.WS