Azərbaycan pedaqoji ictimaiyyətinə ağır itki üz verib.
Kult.az xəbər verir ki, pedaqoji elmləri doktoru, professor, Rusiya Təhsil Akademiyasının xarici üzvü, Azərbaycan Respublikasının əməkdar ali məktəb işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əmək və müharibə veteranı Hüseyn Əhmədov 94 yaşında vəfat edib.