Qrandmart MMC tərkibindəki bütün marketlərdə ehtiyacı olanlar üçün çörək pulsuzdur.
Bu barədə MMC-nin mağazalar şəbəkəsinin satış müdiri Əli Kazım deyib.
O bildirib ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar işsiz qalan vətəndaşlara kömək məqsədiylə şirkət tərkibində fəaliyyət göstərən “Qrandmart”, “Fresko”, “Səbət”, “Avromart” marketlərində ehtiyacı olan vətəndaşlara çörəyi pulsuz verməyə başlayıb.