"Əvvəl deyirdik ki, ölkəyə koronavirus xəstəsi xaricdən gəlirdi. Ona görə də tibbi qoruyucu maskanın taxılmasını zəruri etmirdik".

 

Bizimaz.az  xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva brifinqdə çıxışı zamanı deyib.

TƏBİB rəsmisi qeyd edib ki, artıq ölkə daxilində yoluxma faktları olduğundan maska istifadəsi məcburidir.