Bu gün NİM xəritə üzərində işləyir. Qurumlardan aldığımız məlumatlar əsasında avtobusları xəritələr üzrə yerləşdirmişik.
Bizimaz.az xəbər verir ki, bunu Operqərargahın konfransında Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimov deyib.
"Əgər vətəndaşlar qaydalara riayət etməsə, biz müntəzəm marşrut xətlərinin hərəkətini dayandıracağıq. Bununla bağlı Operativ Qərargaha müraciət edilib", - o qeyd edib.