Fevralın 27-fən bütün avtobuslarda dezinfeksiya işləri aparılır, sürücülər əlcək və maska ilə təmin edilib. Daimi profilaktik işlər aparılır.
Bizimaz.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimov deyib.
"Müəyyən sıxlıqlar yaranır. Metrodan istifadə eskpress xətt marşrutları ilə əvəzlənib. Bu günə qədər eskpress xətlərlə 27 min sərnişin daşınıb", - V.Kərimova qeyd edib.
O bildirib ki, dünənə qədər 95 xətt üzrə 21 min sərnişin daşınıb. Hər ekspress xəttdə 85 ədəd ehtiyat avtobus var.
Qurum rəsmisi vətəndaşlardan şəxsi izolyasiya qaydalarına riayət etməyi xahiş edib.
istinad