Bu gündən "Azərsu" Səhmdar Cəmiyyəti 13 600 əməkdaşdan 8 600-nü məzuniyyətə göndərir.

 

Bizimaz.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, məqsəd koronavirus təhlükəsinin qarşısını almaqdır:

"Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq əməkdaşlarımızın sağlamlığı üçün belə bir addım atmışıq. 5 minə yaxın əməkdaşımız növbəli rejimdə çalışacaq ki, bunlar qəza xidmətinin əməkdaşları, nasos stansiyasının maşinistləri, emal müəssisələrinin işçiləridir".