Sabahdan etibarən müvəqqəti olaraq sabahdan etibarən "Yeni klinika" tibb müəssisəsində koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar. Tibb ocağı 575 çarpayılıqdır. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq.

 

Bizimaz.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin - TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı "Yeni Klinika"nın açılışında dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verərkən bildirib.