Nazirlər Kabineti yanında operativ qərargah ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlara məsləhətlərə riayət olunmasını tövsiyə etsə də, bəzi sakinlər buna məhəl qoymurlar.
Ölkə ərazisində bütün kütləvi tədbirlər ləğv olunub, alış-veriş mərkəzləri bağlanıb, ictimai yerlərə giriş məhdudlaşdırılıb.
İnsanlara evdə qalıb istirahət etmək, məcburiyyət olmadığı təqdirdə küçələrə çıxmamaq məsləhət görülür. Lakin paytaxt sakinləri Bakının mərkəzində və Dənizkənarı Bulvar ərazisində istirahətlərinə davam edirlər.
Baku.Tv istirahəti evdən kənarda axtaran sakinlər arasında sorğu keçirib.
Videomaterialı təqdim edirik: