Xəbər lenti

 

Əhalinin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədi ilə ölkəmizdə COVİD-19 virusu pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. 

 

Ədliyyə Nazirliyindən  verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən zəruri sosial izolyasiya tədbirləri müəyyən edilib, vətəndaşlara kütləvi yerlərdən və qapalı məkanlardan uzaq durmaq tövsiyə olunub, dövlət qurumlarına vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul olunması, mümkün olduğu halda, səyyar xidmətlərin göstərilməsi tapşırılıb. 

Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən əhaliyə qeydiyyat və notariat sahəsində göstərilən xidmətlər üçün yalnız təxirəsalınmaz hallarda müraciət edilməsi tövsiyə olunur. Nazirliyin qurumlarına bilavasitə müraciət edən şəxslərə müvafiq xidmətlər, o cümlədən nikahın qeydiyyatı sosial izolyasiya tədbirləri nəzərə alınmaqla göstəriləcək. Bu dövr ərzində təntənəli nikah mərasimləri həyata keçirilmir. 

Bildirilir ki, vətəndaşlar nazirliyin rəsmi internet saytının “Vətəndaşlar üçün əlaqə” və “İnteraktiv əlaqə” bölmələri vasitəsilə ədliyyə xidmətləri ilə bağlı müraciət edə bilərlər: 

– “Vətəndaşlar üçün əlaqə” bölməsində (http://justice.gov.az/home/contact) nazirliyin, o cümlədən qeydiyyat və notariat orqanlarının əlaqə vasitələri və elektron müraciət forması mövcuddur; 

– “İnteraktiv əlaqə” bölməsi (http://justice.gov.az/categories/1035) vasitəsilə isə yaranan sualların onlayn rejimdə cavablandırılması mümkündür. 

Eyni zamanda, ədliyyə xidmətlərindən elektron qaydada yararlanmaq üçün nazirliyin elektron xidmətlər bölməsi (www.exidmet.justice.gov.az) fəaliyyət göstərir. Vətəndaşlar e-xidmətlər barədə, o cümlədən vətəndaşın, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxsin fərdi identifikasiya nömrəsi ilə bağlı əlavə məlumatı (012) 525-40-40 telefon nömrəsi vasitəsilə əldə edə bilərlər. 

Rəsmi sənədlərin tərcüməsinin notariat qaydasında təsdiqi, habelə xaricdə istifadə edilməsi üçün onlara apostil verilməsi və yaxud leqallaşdırılması üçün hazırlanması və ünvana çatdırılması xidmətlərindən yararlanmaq üçün 24 saat ərzində 050 365 06 58 və ya 051 225 18 08 nömrələrinə telefon və ya whatsapp, yaxud merkezi.tercume@mail.ru elektron poçt vasitəsi ilə müraciət oluna bilər. 

Həmçinin, Ədliyyə Nazirliyinin (012) 404-42-64, (012) 404-42-65, (012) 562-91-99, (012) 561-77-04 telefon nömrələri vasitəsilə notariuslarla əlaqə saxlanılmaqla səyyar notariat xidmətlərinin göstərilməsi üçün müraciət oluna bilər. 

Xatırladırıq ki, nəqliyyat vasitələrinin idarə olunmasına dair, həmçinin bu ərəfədə istifadə verilmiş vəkillərə verilən etibarnamələrin elektron rəsmiləşdirilməsi xidməti həftənin bütün günləri 24 saat ərzində “Mobil notariat” proqram tətbiqi vasitəsilə həyata keçirilir. Bu xidmətdən faydalanmaq üçün App Store və ya Google Play elektron platformasından həmin proqramı telefona yükləmək kifayətdir. Ətraflı məlumat mobil tətbiqin sosial şəbəkə səhifəsində (facebook.com/mobilnotariat) yerləşdirilib. 

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov