Xəbər lenti



Parlament Jurnalistləri Birliyi (PJB) koronavirusla bağlı ölkə jurnalistlərinə müraciət ünvanlayıb.

 

Bizimaz.az  müraciəti olduğu kimi təqdim edir:

 

Dəyərli həmkarlar, hazırda koronavirus pandemiyası bəşəriyyəti təhdid etməkdə davam edir, insanlar bundan haqlı olaraq ciddi şəkildə narahatdır. Mütəxəssislərin rəyinə görə, koronavirusdan daha çox onun xofu, psixoloji sarsıntısı ciddi fəsadlara yol açır. Belə arzuolunmaz durumun yaranmasında sosial şəbəklər, dəqiqləşdirilməmiş məlumatlar mənfi mənada böyük rol oynayır. Təəssüflə qeyd edilməlidir ki, bəzən jurnalistlər bilməyərəkdən sosial şəbəkələrə istinadən, dəqiqləşdirilməmiş məlumatları çalışdıqları media qurumlarında dərc edirlər.

Biz jurnalistlər yaranmış çətin dövrdə insanları informasiya ilə təmin etməliyik. Onlara məsələnin ciddiliyini, qaydalara əməl etməyin alternativi olmadığını çatdırmalıyıq. Ancaq ən vacib vəzifəmiz insanlarda inamı artırmaq, onları koronavirusa qalib gələcəklərinə inandırmaqdır.

Hazırki həssas məqamda jurnalistləri peşə-davranış qaydalarına riayət edərək koronavirusa qarşı mübarizədə fəal iştirak etməyə, daha çox əhalinin özünüqoruma qaydaları, ev şəraitində uşaqların və yaşlıların məşğuliyyəti ilə bağlı maarifləndirici yazılara üstünlük verməyə dəvət edirik.

PJB olaraq Nazirlər Kabineti yanında Operativ Qərargaha da müraciət edərək bildiririk ki, həm media, həm də sosial şəbəkələrdə monitorinqlərin keçirilməsinə, media sahəsində yaranacaq hər hansı xoşagəlməz məqamların aradan qaldırılması üçün hər cür dəstəyə hazırıq.

 
istinad
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov