Sosial şəbəkələrdə Nazirlər Kabinetinin qərarı ilə təhsil müəssisələrində dəsrlərin aprelin 15-nə kimi dayandırılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bizimaz.az bildirir ki, bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, sözügedən məsələ ilə bağlı nazirliyin saytında məlumat qeyd edilməyib və hər hansı dəyişiklik olarsa, məlumat veriləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirusa görə təhsil müəssisələrində tətilin aprelin 15-dək uzadılması barədə qərar qəbul etməsi ilə bağlı məlumat yayılıb.