Macarıstanda təhsil alan azərbaycanlı tələbələrə vətənə qayıtmaq üçün imkan yaradılıb.
Bizimaz.az bildirir ki, bununla bağlı Oxu.Az-a Macarıstanda təhsil alan tələbələr məlumat verib.
Onlar bildiriblər ki, Azərbaycana qayıtmaqla bağlı tələbələrə ölkəmizin Macarıstandakı səfirliyindən müraciət edilib:
“Müraciət təklif formasındadır, məcburi deyil. Azərbaycana qayıdan tələbələr təhsillərini distant formada davam etdirəcəklər”.
Qeyd edək ki, koronavirus səbəbindən “Azərbaycan Hava Yolları” və əcnəbi şirkətlər ölkəyə uçuşları müvəqqəti olaraq dayandırıb. Bu səbəbdən bir çox həmyerlimiz xarici ölkələrdə çıxılmaz vəziyyətdə qalıb.