Xəbər lenti

Paytaxtda dezinfeksiyaedici tədbirlər gücləndirilib
 

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. 

 

Bizimaz.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Məbuat Xidmətindən “Qafqazinfoya verilən məlumata görə, Bakı şəhərində bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti  tərəfindən xüsusi tədbirlər görülür. Məsələnin ciddiliyi nəzərə alınaraq hər 10 gündən bir Departamentin balansında olan 11300 ədəd yaşayış binasında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, ən vacibi məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, həmçinin digər yerlərdə  tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.  

Hər gün səhər saatlarında Departamentin işçiləri tərəfindən suya xüsusi dezinfeksiyaedici maddə qatılmaqla küçə və prospektlərin kənarları, yol kənarlarındakı məhəccərlər və s. də yuyulur. 

Həmçinin paytaxtdakı kooperativ binaların və yaşayış komplekslərinin rəhbərlərinə də öz ərazilərində bu kimi profilaktiki tədbirlərin keçirilməsi ilə bağlı tapşırıqlar verilib.

Eyni zamanda paytaxt sakinlərinin daha çox istifadə etdikləri ticarət mərkəzlərində dezinfeksiya işləri aparılır, əlavə qabaqlayıcı tədbirlər görülür. Xüsusilə bazarlarda təmizlik işlərinə nəzarət gücləndirilib. Bazar rəhbərlikləri gündəlik olaraq axşam saatlarında ticarət bitdikdən sonra bazarda tam təmizlik işlərinin və bütün satış sahələrinin dezindeksiyasinin aparılması ilə bağlı xəbərdarlıq edilib və aparılan işlər aidiyyəti qurumların nəzarətinə alınıb. 

Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan 346 Məktəbəqədər Təhsil müəssisələrində dezinfeksiya işləri başa çatdırılıb və həmin müəssisələrin işə başlaması ərəfəsində yenidən aparılacaq. 

Mətbuat xidmətindən həmçinin hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi də vurğulanıb. 

 




 
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov