Nazirlər Kabineti yanında Operativ Qərargah İtaliyada qalan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi prosesi ilə bağlı açıqlama verib.

 

Bizimaz.az  xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

"Bizim İranla bağlı təcrübəmiz var. Biz istəyirdik ki, onları da xüsusi reyslərlə gətirək. Amma insanların bir çoxu gəlmək istəmirlər. Çünki belə bir vəziyyətdə olduğu yerlərində qalmaq daha təhlükəsizdir. Azərbaycan dövləti heç bir vətəndaşını darda qoymayacaq, xaricdəki vətəndaşlarına sahib çıxacaq".