Koronavirus təhlükəsi ilə əlaqədar Respublikada həyata keçirilən tədbirlər çərçivəsində 2020-ci il martın 11-dən Milli Kitabxanada oxuculara xidmət müvəqqəti dayandırılır.
Bizimaz.az bildirir ki, kitabxanadan verilən məlumata görə, eyni zamanda kitabxana işçiləri fəaliyyət göstərdikləri üçün Milli Kitabxananın virtual xidmətləri, oxuculara onlayn xidmətlər, Elektron kataloq və Elektron kitabxana, habelə kitabxananın veb saytı oxuculara məsafədən xidməti davam etdirəcək.