Azərbaycan Televiziyasının “Hədəf” verilişinin budəfəki qonağı Təhsil naziri Ceyhun Bayramov olub.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, nazir “Hədəf”də gündəmin aktual məsələsindən, koronavirus infeksiyası ilə əlaqədar olaraq təhsil ocaqlarında dərslərin dayandırılmasından danışıb.
O bildirib ki, hazırda məktəblərdə, universitetlərdə virusa qarşı önləyici tədbirlər görülür, dezinfeksiya işləri aparılır və hazırda da bəzi təhsil müəssisələrində bu proses davam etdirilir.
C.Bayramov həmçinin itirilmiş dərs saatlarının kompensasiyası məsələsinə toxunub, bunun necə yoluna qoyulacağını açıqlayıb.
Dərs ilinin uzadılması məsələsinə gəldikdə isə nazir deyib ki, bununla bağlı hələlik qərar qəbul edilməyib.
“Hədəf” verilişinin tam versiyası ilə mətnin içərisində yerləşdirdiyimiz videodan tanış ola bilərsiniz.
BAKU.WS