Təhsil müəssisələrində dezinfeksiya işləri davam etdirilir.
Bizimaz.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
O qeyd edib ki, dünən axşamadək 4250 təhsil müəssisəsində dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, Azərbaycanda bütün təhsil müəssisələrində 3-9 mart tarixləri aralığında dərslər dayandırılıb. Bu müddətdə təhsil müəssisələrində dezinfeksiya işləri aparılacaq.