Xəbər lenti



Hazırda bütün dünyanı narahat edən virus infeksiyaları xəstəliklərinin yayılmasında, əldən-ələ dolaşan nağd pulun da təsiri var. Buna görə də pulların təmizlənməsi prosesi gündəmdədir. Dünyada virus xəstəliklərinin yayıldığı dövrdə mikrob və bakteriyalardan xilas olmaq üçün bəzi ölkələrdə nağd pulların ultrabənövşəyi şüalarla təmizlənməsi üzrə çalışmalara başlanılıb.

 

Bizimaz.az  xəbər verir ki, Modern.az-ın sorğusunu cavablandıran qurumun mətbuat xidmətinin rəhbəri Namiq Əliyev bildirib ki, Mərkəzi Bank beynəlxalq təcrübəni də nəzərə almaqla milli pul nişanlarının istehsalını insan sağlamlığına zərərli olmayan materiallardan istifadə olunmaqla həyata keçirir:

 

“Bununla yanaşı, pul nişanları tədavülə buraxıldıqdan sonra onların dövriyyədə keyfiyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə Mərkəzi Bank tərəfindən tədavüldə təmiz pul siyasəti qəbul edilir. Bu siyasət çərçivəsində Mərkəzi Bank dövriyyədə köhnəlmiş, çirklənmiş və yararsız hala düşmüş pul nişanlarının kommersiya bankları və əhali ilə yaradılmış birbaşa kanallar vasitəsilə yığaraq tədavüldən çıxarılmasını, müvafiq Dövlət Komissiyasının iştirakı ilə məhv edilməsini həyata keçirir. Təkrar dövriyyəyə buraxılan pul nişanları isə Mərkəzi Bankda istifadə olunan və beynəlxalq təcrübədə ən son texnoloji standartlara cavab verən avtomatlaşdırılmış banknot emalı avadanlıqlarında yüksək təzyiqli hava axınları vasitəsilə xüsusi infraqırmızı və ultrabənövşəyi şüalandırmadan keçməklə yüksək temperatur rejiminə malik qablaşdırma sistemlərində müxtəlif toz və çirklərdən sterilizasiya olunaraq qablaşdırılır. Qablaşdırılmış pullar isə Mərkəzi Bankın xüsusi rejimli xəzinə saxlanclarında saxlanılır. Sanitar epidemik normalara uyğun dövri olaraq dezinfeksiyası olunur”.

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov