Xəbər lenti


Azərbaycan Respublikasında nəqliyyat infrastrukturunun dinamik inkişafı, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatına artan tələbatına uyğun olaraq bu istiqamətdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. 2018-ci il oktyabrın 30-da səhər saatlarında dövlət əhəmiyyətli Bakı-Ələt-Horadiz dəmir yolunun Ələt-Horadiz xətti hissəsinin "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin Yol xidmətinin Saatlı yol sahəsinin xidmət etdiyi 28-29-cu kilometrliyində dəmir yolu xətti relslərinin birləşdiricilərinin, rels altlıqlarının və digər metal hissələrin 400 metrlik məsafədə söküldüyü barədə məlumat daxil olmuşdur.

Ardını oxu...



"Əlillərin sosial müavinətinin artırılması ilə bağlı növbəti ildə tədbirlər keçiriləcək. Onların məbləği kapitaldan asılı deyil, fiks rəqəmlə ifadə olunur. Biz həmin vəsaitin artırılması ilə bağlı ciddi addım atacağıq”.
 
Bizimaz.az  xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev parlamentdə deyib. O , vurğulayıb ki, əlillər daim diqqət mərkəzindədir: "Bizim pensiya sistemimiz sığorta prinsiplərinə əsaslanır. İstəyir əlil və ya yaşa görə, ya da ailə başçısını itirməyə görə pensiyaya çıxan olsun, pensiya fərdi şəxsi hesabda toplanılan məbləğdən asılı olaraq təyin edilir . Əlillər də bu kateqoriyadan olan şəxslərdir. Sadəcə fərq odur ki, onlar əlillik səbəbindən pensiyaya çıxırlar. Həmin şəxsin fərdi hesabında nə qədər vəsait toplanıbsa, ona uyğun da pensiya alır. Burada sığorta prinsipləri nəzərə alınmalıdır. Bizim əlillərimiz pensiya ilə yanaşı, müavinət də alırlar. Əlillərin sosial müavinətinin artırılması ilə bağlı növbəti ildə tədbirlər keçiriləcək. Onların məbləği kapitaldan asılı deyil, fiks rəqəmlə ifadə olunur. Biz həmin vəsaitin artırılması ilə bağlı ciddi addım atacağıq”.
 
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
 
Bizimaz.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindəna verilən məlumata görə, noyabrın 8-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 8-10, gündüz 14-16 dərəcə isti təşkil edəcək.
 
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz olacaq.
 
Azərbaycanın rayonlarında noyabrın 8-də hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında gecə və səhər yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 5-10, gündüz 14-18° isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 8-9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.
 
ETSN xəbərdarlıq edib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 8-i gündüzdən 9-u gündüzədək arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var.
 
Azərbaycanın rayonlarında noyabrın 8-dən 9-u səhərədək Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var.
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov