Xəbər lenti


Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və onların valideynlərinə müraciət edib.
 
Bizimaz.az Unikal.orga istinadən  xəbər verir ki, sədr jurnalistlərə açıqlamasında yeni növ imtahanlarla bağlı DİM-in rəsmi saytından, "Abituriyent" jurnalından və qurumun sosial şəbəkəsindən məlumat almağı məsləhət görüb.
 
"Yeni növ imtahanlar iştirakçılar üçün yeni olmayacaq. Onlar 11 ildir ki, yeni tədris mühitində işləyir. Yeni növ imtahanların keçirilməsi 11 il bundan əvvəl qəbul olunan qərarın nəticəsidir", - M.Abbaszadə əlavə edib.
 
M.Abbaszdə əvvəlki illərin məzunlarının yeni növ imtahanlarda iştirakı məsələsinə də aydınlıq gətirib. "Hər il imtahanların əsas tərkib hissəsini həmin ilin məzunları təşkil edir. İştirakçıların 60 faizdən çoxu, müəyyən illərdə 70 faizə qədəri həmin ilin məzunları qəbul imtahanında iştirak edir. Əvvəlki illərin məzunları bu prosesə qatılmaq istəyirsə, həmin ilin tələblərinə uyğunlaşmalıdırlar. Onlar həm birinci mərhələdə(buraxılış imtahanı), həm də ikinci mərhələdə (qəbul imtahanı) iştirak etməlidirlər. Elə məzunlar var ki, onlar qabiliyyət tələb edən və ya orta ixtisas məktəblərinə, kolleclərə sənəd verirlər. Onlar üçün birinci mərhələdə iştirak etmək kifayətdir. Həmin ballarla qabiliyyət tələb edən ixtisaslar sənəd verir və ya orta ixtisas müəssisələrinə qəbul oluna bilərlər".
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov