Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınmış on mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.
Ölkə prezidentinin 30 noyabr tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna etdiyi dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib.
Dekabrın 25-də saat 12:00-dan etibarən debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Ötən gün Bakı şəhərindəki Məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən bəzi qurumlar tərəfindən paytaxtın bir sıra uşaq bağçalarına standartlara uyğun olmayan ərzaq verilib.
Cəlilabad Rayon Təhsil Şöbəsi rayonun Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktoru Mübariz Cəfərovun Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntüyə münasibət bildirib.