Xəbər lenti

 Ötən gün Bakı şəhərindəki Məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən bəzi qurumlar tərəfindən paytaxtın bir sıra uşaq bağçalarına standartlara uyğun olmayan ərzaq verilib. 

Bizimaz.az bildirir ki, Bakı Şəhər İcra Hakimiyətindən Unikal.org-a daxil olan xəbərdə bildirilir ki, məsələ ilə bağlı yerlərdən Bakı Şəhər İcra hakimiyyətinə daxıl olan məlumatlara əsasən dərhal Bakı Şəhər İcra hakimiyyəti və Məktəbəqədər təhsil və uşaq evləri idarəsinin əməkdaşları müxtəlif uşaq bağçalarında olub, həmin ərzaqların qida hazırlanmasına verilməsinin qarşısı alınıb, onların tam şəkildə geri qaytarılaraq yerinə keyfiyyətə uyğun ərzaqlarla əvəz olunması təmin edilib. 

Məsələnin ciddiliyi nəzərə alınaraq Şəhər İcra Hakimiyyətində operativ müşavirə keçirilib, Məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatının vəziyyətinin yerində araşdırılması üçün Komissiya yaradılıb, bu işlərdə prinsipiallıq göstərməyən bir neçə bağça müdirəsinə töhmət verilib, Bakı Şəhər Məktəbəqədər təhsil və uşaq evləri idarəsinin rəhbərliyi ciddi xəbərdarlıq edilib. Müşavirədə xüsusi olaraq qeyd olunub ki, uşaqlar hər zaman ən keyfiyyətli ərzaqlarla təmin olunmalı və bu məsələlərə çox ciddi nəzarət edilməlidir. Bununla əlaqədar Yeni il ərəfəsində bağçalara verilən ərzaqların keyfiyyəti və çeşidlərinin artırılması üçün əlavə tədbirlər görülür.

Eyni zamanda  Bakı şəhərindəki Məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən qurumların rəhbərləri Şəhər İcra Hakimiyyətinə dəvət olunaraq məsələ ilə bağlı xəbərdarlıq ediliblər.

Hazırda Komissiya tərəfindən bağçalardakı ərzaqların keyfiyyətinin yoxlanılması ilə bağlı reydlər keçirir. 

11 May 2025 İlham Əliyev: Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük
01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov