Xəbər lenti


 

Martın 21-dən başlayaraq, ölkə ərazisində havanın temperaturu yüksələcək.
 
Bizimaz.az-n məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva açıqlamasında bildirib ki, sabah axşamdan Bakıda və Abşeron yarımadasında küləyin sürəti səngiyəcək: "Havanın temperaturu 9 dərəcəyə yaxın olacaq. Martın 20-də Azərbaycanın bəzi rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında yağışlı havanın müşahidə ediləcəyi gözlənilir". 
 
U.Tağıyeva əlavə edib ki, martın 21-də respublikanın əksər rayonlarında çox mülayim yaz havası müşahidə ediləcək və hava yağmursuz keçəcək: "Havanın temperaturu əvvəlki günə nisbətən artacaq. Günorta saatlarında Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 12-14 dərəcə olacaq". 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov