Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri Böyük Britaniyada vəkilliyə qəbul üzrə müvafiq imtahanı verməklə orada vəkilliyə qəbul oluna və İngiltərə və Uels ərazisində vəkillik fəaliyyəti ilə məşğul ola biləcək.
Bu ildən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklilərə görə, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq, pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır. Yəni əgər vətəndaşın ötən ilin ikinci yarısınadək fərdi hesabında hər hansı bir vəsait olubsa, o, 25 illik pensiya stajı ilə pensiyaya çıxır.
“Ege Hospital” ölkəmizin səhiyyəsində önəmli bir yer tutan, özündə yüksək keyfiyyət, xəstə məmnuniyyəti, müasir tibbi texnologiya prinsiplərini birləşdirən sağlamlıq mərkəzidir.
May ayının 6-dan etibarən Yeni Zelandiya istehsalı olan Golden Crown kərə yağı markası “Ramazan payı” kampaniyasına start vermişdir. 17 May tarixində ilk yardım paketləri Qax, Şəki və Zaqatalada 200 imkansız və aztəminatlı ailələrə çatdırılıb.
Dövlət İmtahan Mərkəzi mayın 26-da ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən qəbul imtahanını rus dilində verən abituriyentlər və buraxılış imtahanı çərçivəsində keçirilən Azərbaycan dili fənni üzrə imtahanda üzrlü səbəbdən iştirak etməyən şagirdlər üçün təkrar test imtahanı keçirəcək.