Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, şəhərin mərkəzi hissələrində, o cümlədən, İstiqlaliyyət küçəsi boyunca Səbail Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə dezinfeksiya işləri davam etdirilir.