2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-mart aylarına nisbətən 103,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,4 faiz təşkil edib.