Karantin rejiminin uzadılması istiqamətində hazırlıq aparılır.
Bizimaz.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev bu qərarın ölkədəki vəziyyətlə əlaqədar veriləcəyini bildirib:
"Koronavirusun geniş yayıldığı digər ölkələrdə də karantin rejiminin uzadılması barədə hazırlıqlar görülür".