”1 ay öncə Ermənistan-Azərbaycan sərhədində düşmən növbəti dəfə silahlı təxribata əl atdı, bizim mövqelərimizə atəş açdı, yaşayış məntəqələrimizi atəşə tutdu. Bu təxribat nəticəsində hərbçilərimiz şəhid oldu, yaralandı, mülki şəxslər arasında da həlak olanlar oldu. Bu, növbəti təxribat idi. Bundan əvvəlki dövrlərdə də Ermənistana beynəlxalq təzyiq gücləndikcə onlar bu cür təxribatlara əl atdılar. Azərbaycanın geosiyasi xəritədə mövqelərinin dayanmadan möhkəmlənməsi, Ermənistan rəhbərliyinin öz ölkəsində nüfuz sahibi ola bilməməsi, daxildə ciddi narahatçılıq yaradıb. 2016-cı ilin aprel ayında da buna oxşar hadisə baş vermişdi.