Xəbər lenti


  

Dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan qurumlarda korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizənin aparılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarından irəli gələn tapşırıqların yerinə yetirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən korrupsiya təzahürlərinin qarşısının alınması və belə hallara səbəb olan şəraitin aradan qaldırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. İş fəaliyyətinin qeyri-qənaətbəxş təşkilinə, işçilərin fəaliyyətinə nəzarətin lazımi səviyyədə həyata keçirilmədiyinə, xidməti ərazidə ekoloji qanunvericiliyin tələblərinin pozulmasına, xüsusilə yaşıllıqların məhv edilməsinə qarşı zəruri tədbirlər görülmədiyinə, daxil olan məlumat, ərizə və şikayətlərin araşdırılmasında, inzibati xəta haqqında qərarların qəbul edilməsi zamanı ciddi nöqsan və qanunsuzluqlara yol verildiyinə görə ETSN-nin bəzi struktur vahidlərinin rəhbərləri və əməkdaşları tutduqları vəzifədən azad edilmiş, töhmət verilmiş, yaxud, aşağı vəzifəyə keçirilmişlər.

Barəsində ən azından ciddi intizam tənbeh tədbirləri görülməli olan vəzifəli şəxslərdən biri barədə “Sayca 2-ci, korrupsiyada 1-ci ekologiya idarəsi” başlıqlı məqaləmiz oxuculara təqdim olunandan sonra redaksiyamıza Tovuz rayon 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxslərinin fəaliyyətindəki neqativ hallara dair yeni-yeni məlumatlar daxil olmaqdadır. Ümid edirik ki, nəhayət, hüquq-mühafizə və cinayət təqibi orqanlarına təbii sərvətlərimizi qənim kəsilənlərin əhatə dairəsini dəqiq müəyyən etməyə kömək etmiş olacaq.

Quruma rəhbərlik edən Afiyət Mikayılovdan, talançılara saxta arayışlar verən bələdiyyə sədrlərindən əlavə idarənin daha iki nəfər əməkdaşının daşıdıqları vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə dair məlumat vardır. Bildirilir ki, Natiq və Yaşar Mustafayev adlı şəxslər Afiyət Mikayılovun "sağ əlidir"lər. İdarənin nəzarət dairəsində olan ərazidəki rayonlarda - Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəydə fəaliyyət göstərən obyektlər - yeşik sexləri, daş-çınqıl karxanaları məhz bu adamların vasitəsilə vaxtaşırı rəisin “hüzürün”a gətizdirilir.

Əminik, Afiyət Mikayılovun idarəsində araşdırma aparılarsa, tərtib olunmuş sənədlərin də bir çoxunda neqativ halların olduğu üzə çıxar, baxılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi zərurəti yaranar.
Araşdırmamız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Zaur Vəliyev
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov