“Biz bilirdik ki, payız-qış aylarında virusa yoluxma sayında artım gözlənilir. Lakin 714 yoluxma bizim üçün də yeni rəqəmdir. Sağalanların sayı 176 nəfərdir.
Havalar hələ çox soyumadığı üçün insanlar da bizimlə razılaşar ki, mövcud artım dinamikasını bununla əlaqələndirə bilmərik. Deməli burada başqa məqamlar var. Sentyabr ayında yoluxmaların sayının azalması insanları bir qədər rahatlaşdırdı. Artıq yenidən həyəcanlı məqamlar yaşayırıq”.