Xəbər lenti

Orduda kütləvi yoluxma halları yoxdur - RƏSMİ CAVAB
 

“Koronavirusun Azərbaycanın Silahlı Qüvvələrində yayılmasının qarşısı alınıb. Silahlı Qüvvələrimizin tərkibində yoluxma halları kütləvi şəkildə özünü biruzə verməyib”.

Bizimaz.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O əlavə edib ki, çağırışçılar da ordu sıralarına qoşulan zaman onlardan test götürülür: “Bizim yaralı əsgərlərimizin yoluxmaması qarşımızda duran əsas vəzifədir. Biz Vətən müharibəsində qalib olduq, bunda da qalib olmalıyıq”.



Hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdaqdır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir.

Ardını oxu...



Azərbayan Respublikasının şanlı və müzəffər ordusu Şuşa şəhərini işğaldan azad etdikdən sonra tarixi adı bərpa edərək şəhərin girişində müvəqqəti konstruksiya ilə qeyd etmişdi.

“Berg Energy” komandası bu müvəqqəti konstruksiyanı yeniləyərək ŞUŞA adını bayrağımızın rənglərində yenidən hazırlatdırıb və şəhərin əsas girişində əsgərlərimizlə birlikdə quraşdırıb. Bu prosesi və himnimizin səsləndirilməsini Xankəndinə gedən yolda sülhməramlı missiyanı yerinə yetirən rus əsgərləri də izləyib.

Şuşa adının latın hərfləri ilə asılma anının videosunu təqdim edirik:

 

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov