Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
Azərbaycanlı mütəxəssis Elşad Fərzəliyev dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru təyin edilib. Yeni vəzifədə Elşad Fərzəliyev “Coca-Cola” şirkətinin Azərbaycan, Qazaxıstan və Özbəkistan da daxil olmaqla regionun 8 ölkəsində qlobal şirkətin və onun brendlərinin nüfuzunun qorunması, PR strategiyasının hazırlanması, dövlət qurumları və ictimaiyətlə əlaqələr, sosial məsuliyyət proqramlarının inkişafı kimi məsələlərə rəhbərlik edəcək.
“Dünən Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iştirakı ilə onlayn şəkildə böyük bir konfrans baş tutdu. Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin rəhbərliyinə bütün suallar ünvanlandı və cavabların əksəriyyəti bizi qane etdi. Təbii ki, bizim yumşalma ilə əlaqədar narahat olduğumuz məsələlər var”.
Heç bir şagird təhsil prosesindən kənarda qalmamalıdır. Çətinliklərə baxmayaraq, bütün şagirdlərimizin öyrənməsini təmin etmək üçün müxtəlif alətləri düzgün istifadə etməyə çalışırıq.
“Bakı şəhəri daxil ölkə üzrə əyani təhsilin bərpası istiqamətində bütün ümumtəhsil müəssisələrində monitorinqlər keçirilib. Bunun nəticəsi ilə bağlı yanvar ayından zəruri tədbirlərin görülməsinə başlanılıb”.