Naxçıvanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatlarının əvəzinə verilən müavinətin məbləği artırılıb.
Göygölün Toğanalı kəndindən başlayaraq, Murovdağ silsiləsini keçməklə Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın istiqamətində yolun tikintisi üçün ilkin işlərə başlanılıb.
Sosial şəbəkələrdə 4 aydan çoxdur komada olan Vətən müharibəsi qazisi İsmayılzadə Tacəddin Vüqar oğlunun komadan ayılması ilə bağlı məlumatlar yayılıb. Onun ötən gün müalicə aldığı xəstəxanada gözlərini açdığı bildirilirdi.