Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzinTelekom” MMC-nin rəhbərliyində təyinat olub.

 

“Report”un əldə etdiyi məlumata görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev əmr imzalayıb.

Nazirin əmrinə əsasən Tağı Tağı-zadə “AzinTelekom”un direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

Qeyd edək ki, T.Tağı-zadə bu təyinatdan əvvəl Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru olub.

Qeyd edək ki, 32 yaşlı T.Tağı-zadə 2018-ci ildən bu vəzifəni icra edir. O, daha əvvəl 2016-cı ildən 2018-ci ilə qədər “İnnovasiyalar Mərkəzi” MMC-nin direktor müavini olub.