Xəbər lenti

 
 

Rusiyaya işgüzar səfəri çərçivəsində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada bu ölkənin İqtisadi İnkişaf naziri Maksim Oreşkinlə görüşüb.

 

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, iqtisadi potensialın reallaşdırılması istiqamətində aparılan işlər müzakirə edilib, hər iki dövlətin qarşılıqlı investisiyalarda maraqlı olduğu vurğulanıb.

Söhbət zamanı Rusiya işgüzar dairələrinin Azərbaycanda fəal biznes fəaliyyəti həyata keçirdiyi, son illərdə Azərbaycan sərmayədarlarının da Rusiyada regional iqtisadiyyata investisiyalar qoyduğu diqqətə çatdırılıb.

Tərəflər ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin intensivləşdirilməsi, özəl sektorun iqtisadi münasibətlərdə fəallığının artırılması ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar.

Gələn ay Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsi və bir sıra yeni sənədlərin, o cümlədən iki ölkə arasında 2019-2021-ci illər üzrə turizm sahəsində, eləcə də aqrar sənaye kompleksində əməkdaşlığa dair proqramların imzalanması imkanları müzakirə edilib.

Görüşdə Rusiya dövlət sərhədindən “Yaraq-Qazmalar” buraxılış məntəqəsi ərazisindən Samur çayı üzərində tikilən avtomobil körpüsünün dekabrda istifadəyə verilməsi ilə bağlı məsələlər də müzakirə olunub.

 

 

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov