Ermənistan üçün yeganə alternativ Qarabağ problemini həll edərək, Türkiyə və Azərbaycanla sərhədi açmaqdır.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu məlumatı “Politik.am” saytı yayıb. Sayt Gürcüstan və İranda olan nümayişlər fonunda bu məsələnin Ermənistan üçün önəmli hala gəldiyini bildirib:
“Bu sadə olmayan hadisələr Ermənistan üçün güclü zərbə ola bilər. Belə ki, Ermənistan üçün xarici dünya ilə quru əlaqəsi bu iki dövlətlə həyata keçirilir və bu ölkələrdəki daxili qeyri-stabillik bu əlaqəni kəsəcək. Bu situasiyada İrəvan müşahidədən artıq heç nə edə bilməz”.
Məqalədə Ermənistan üçün vacib kartın Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması ola biləcəyi qeyd edilib.