Xəbər lenti

Millət vəkili Elşad Həsənov deputat səlahiyyətlərinə xitam verilməsi üçün Milli Məclisə müraciət edəcək.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən E.Həsənov qanunvericiliyə uyğun olaraq, deputat mandatından imtina etməlidir. Onun müraciəti təsdiqləndikdən sonra Mərkəzi Seçki Komissiyasına göndəriləcək.

Qeyd edək ki, Elşad Həsənovun deputat səlahiyyətlərinə xitam verilməsi ilə Milli Məclis deputatlarının sayı 117-yə düşmüş olacaq.

Belə ki, ölkənin birinci xanımı Mehriban Əliyevanın 2017-ci ildə Birinci vitse-prezident təyin edilməsi ilə bağlı onun səlahiyyətlərinə xitam verilib və həmin vaxtdan 14 saylı Xəzər seçki dairəsində deputat yeri boşdur.

Deputat Astan Şahverdiyevin 2018-ci ilin aprelində qəfil ürəktutmasından vəfat etməsi nəticəsində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində də deputat yeri boşalıb.

2018-ci il aprelində Prezident İlham Əliyevin sərəncamları ilə 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, 91 saylı Ucar seçki dairəsinin deputatı Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı Muxtar Babayev isə Ekologiya və Təbii Sərvətlər naziri təyin edilib.

Bu il sentyabrın 30-da isə adı borc qalmaqalında hallanan və borca görə deputat vəsiqəsini girov qoyan Rafael Cəbrayılov deputat mandatından məhrum edilib.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov