Ziyarəti münasibətlərin sancılı bir dövründə həyata keçiririk. Terrorla mübarizə, iqtisadi münasibətlər müzakirə olunacaq. FETÖ terror qruplaşması məsələsi də toxunacağımız mövzular sırasındadır. Suriya məsələsini də geniş müzakirə edəcəyik.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərindən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.
“Bu yaxınlarda İŞİD-çilərin ölkələrinə qaytarılmasına başladıq. Ciddi bir təlaş prosesi müşahidə olunur. Bu günə qədər biz düşündük, bundan sonra da onlar düşünsün.
Fərhad Abdi Şahinin necə bir qatil, terrorçu olduğunu və belə bir terrorçunu qəbul etmələrinin yanlış olduğunu sənədlərlə birlikdə təqdim edəcəyik. Əməliyyatla bağlı əldə olunan razılığın tam olaraq yerinə yetirilmədiyini də sənədlərlə təqdim edəcəyik”, – Ərdoğan bildirib.
Qeyd edək ki, Ərdoğanla Trampın görüşü sabah keçiriləcək.