Perunun Azərbaycandakı səfirliyinin bağlanması ilə bağlı qərar bu ölkənin daxili vəziyyəti və üzləşdiyi maliyyə məsələləri ilə əlaqədardır.
Bizimaz.az: Bunu Axar.az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
"Hər bir ölkə xaricdə diplomatik nümayəndəlik açmaq və yaxud bağlamaq qərarını verə bilər. Peru tərəfi Azərbaycandakı nümayəndəliyinin müvəqqəti bağlamaq qərarını verib. Bu qərar ölkənin daxili vəziyyəti və üzləşdiyi maliyyə məsələləri ilə əlaqədardır",- o deyib.
XİN rəsmisi qeyd edib ki, bununla yanaşı, Peru tərəfi iki ölkə arasındakı əlaqələrin istər siyasi, istərsə də iqtisadi sahədə bundan sonra da eyni şəkildə davam etdiriləcəyini bildirib.