Xəbər lenti

 

Deputat Araz Əlizadənin Nuru Paşanın ordusuna “muzdlu” deməsi və “biz azərbaycanlıyıq, türk deyilik” məntiqi məni düşündürdü. Xatirimdədir, Araz və Zərdüşt Əlizadə qardaşları Ali Sovetdə deyirdilər ki, Qarabağı azad etmək üçün ruslara pul verib Azərbaycana gətirmək lazımdır. Şübhəsiz, bu, bütövlükdə Azərbaycanın Rusiya tərəfindən yenidən işğal olunması demək idi. Bu, həmin Araz Əlizadədir.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, bunu Türkiyədə yaşayan tanınmış azərbaycanlı milyarder Mübariz Mənsimov qeyd edib. O, millət vəkili Araz Əlizadəyə türklərlə və Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə bağlı səsləndirdiyi fikirlərə görə kəskin iradını bildirib:

“Bu, Güneydə qardaş-bacılarımıza divan tutan fars rejimini həmişə tərifləyən Araz Əlizadədir. Nuru Paşa şəxsiyyətinə həqarət edən heç vaxt millətimin vəkili ola bilməz. Sinəndə gəzdirdiyin Azərbaycan bayrağının üzərindəki göy rəng soyumu, kimliyimi dünyaya bəyan edir. Bundan xəbərin yoxdursa, sən o bayrağa heç layiq deyilsən. Araz Əlizadə, sən Nuru Paşanı muzdlu adlandırırsan? Sevdiyin bolşeviklərin, onların himayə etdikləri daşnakların işğal etdikləri gənc Cümhuriyyətin paytaxtı Bakını zir-zibildən təmizləyən Nuru Paşa, əlbəttə ki, xalqımızın xilaskarı, başımızın tacıdır. Nuru Paşanı yalnız daşnaklar və bolşeviklər, indi isə siz, Araz Əlizadə “muzdlu” deyə çağırır. Ucuz şou yaratmaqla gündəmdə qalmaq istəyirsiniz?! Öz işinizdir. Amma milli dəyərlərimiz sizin üçün oyuncaq deyil. Millət vəkili kimi hələ də məşğul olmağa bir ciddi iş tapmamısınızsa, gedin siyasi təlxəklik edin. Bu sizdə daha yaxşı alınardı. Nuru Paşa kimi dəyər sizin ağlınızın səviyyəsi deyil və ola bilməz”.

M.Mənsimov Araz Əlizadəni danışarkən diqqətli olmağa çağırıb:

“Keçmişindən bixəbər olanın gələcəyi yalnız məhvdir. Bizim tariximiz və soyumuz o qədər gözəldir ki, başqaları bizə həsəd aparırlar. Türk olmaq – şərəfdir, qürurdur! Güneydəki soydaşlarımız “Biz türkük” deyə mücadilə aparırlar. Biz isə “türk deyilik” deməyə başladıq? Siz rusdilli ola bilərsiz, amma rusun dediyi kimi düşünməyəcəksiz. Biz Azərbaycan türküyük! Övladlarımızı da belə tərbiyə etməliyik. Təəssüf ki, sinəsində türkün müqəddəs bayraqlarından olan Azərbaycan bayrağını daşıyan Araz Əlizadə belə sözlər danışıb. Türkün türkdən başqa dostu yoxdur. Türkiyə türklərini bizdən küsdürməyin. Kəlmənizə diqqət edin. Axı siz Rusiyanın yox, Azərbaycanın millət vəkilisiniz, deyilmi?!”

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov