İraq Konstitusiyası tam olaraq nəzərdən keçiriləcək. Konstitusiyanın yenilənmiş variantı təsdiqlənməsi üçün ümumxalq referendumuna çıxarılacaq.
Bizimaz.az:Axar.az xəbər verir ki, bunu İraq parlamentinin sədr müavini Bəşir Xəddad deyib.
“Bu vacib aspekt ölkədəki situasiya üçün çox həssasdır. Hazırkı Konstituasiya dünya miqyasında çox yaxşı hesab olunur. Bununla belə onun yenilənməsinə ehtiyac var”, – deyə o bildirib.
Qeyd edək ki, İraq Konstitusiyası 2005-ci ildə qəbul edilib. Bir müddət öncə ölkədə başlayan genişmiqyaslı etiraz aksiyaları zamanı etirazçıların əsas tələblərindən biri Konstitusiyanın dəyişdirilməsi olub.