Türkiyə lideri Ərdoğanın İraqdakı olayların İrana da sirayət etməsi ilə bağlı xəbərdarlığı yerində deyilmiş sözdür, çünki bəzi gizli əllər islam ölkələrində xaos yaratmaq istəyirlər.
Bu sözləri İran XİN-in rəsmi nümayəndəsi Abbas Musəvi deyib.
"Ərdoğan bu gizli əlləri çox aydın görüb. Buna görə də onun xəbərdarlığını təqdir edirik. Türkiyə-İran münasibətləri heç vaxt bu qədər yaxşı olmayıb", - Musəvi bildirib.
Qeyd edək ki, Ərdoğan bir qədər əvvəl verdiyi açıqlamada İraqdakı xaosun İrana da yayıla biləcəyi haqda xəbərdarlıq edib.(Axar.az)