Boliviya prezidenti Evo Morales istefa verib. Bu barədə Morales radioda çıxışında deyib. Onun sözlərinə görə, bu qərara hərbçilərin onu istefaya çağırışından sonra gəlib. Bu səbəbdən insanları, o cümlədən dövlət qulluqçularını, qardaş və bacılarını qorumaq üçün vəzifəsindən gedir.
“Onlar hücumlara məruz qalıb təhlükə ilə üzləşməsinlər deyə istefa verirəm”, - deyə Morales bildirib.
Qeyd edək ki, Moralesin istefasından sonra hərbçi və polislər onun həbs olunması üçün axtarış elan ediblər.
Xatırladaq ki, oktyabrın 20-də Boliviyada prezident seçkilərinə səsvermənin nəticələrinə etiraz olaraq müxalifət aksiyalar keçirilir. 3 həftə ərzində 400-dək insan xəsarət alıb. Morales müxalifətin onun istefasını tələb etməsinin konstitusiyaya zidd olduğunu bildirmiş, bunu dövlət çevrilişi adlandırmışdı.(Qafqazinfo)