Rusiya Prezidenti Vladimir Putinin İrəvana gələn ilin payızında baş tutacaq səfəri zamanı Ermənistanda Rusiya bazasının yerləşdirilmə müddətinin artırılması məsələsi müzakirə olunacaq.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu məlumatı “Jamanak” qəzeti yayıb. Qəzet müzakirə mövzularından birinin 102-ci bazanın Ermənistandakı dislokasiyasının daha 10 il uzadılması olacağını bildirib.
Qeyd edək ki, 102-ci baza Ermənistanda 1995-ci ildə yerləşdirilib. 2010-cu ildə bazanın Ermənistanda 2044-cü ilə qədər qalması barədə qərar qəbul edilib.