Xəbər lenti

Bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin sosial şəbəkə hesabında 20 Yanvar şəhidlərinin dəfn mərasimindən fotonu “20 Yanvar hadisələrini unudanlar və unutduranlar azərbaycanlı deyil” sözləri ilə paylaşması böyük maraqla qarşılanıb.

 

Bizimaz.az: Axar.az xatırladır ki, 20 Yanvarla bağlı Şeyxin bu paylaşımı məhz 4 noyabrda etməsi diqqət çəkib. Belə ki, hazırda ölkədə nə 20 Yanvarla bağlı tədbir və mərasim var, nə də o tarixi günün ildönümüdür. Buna görə də Şeyxin bu paylaşımla hazırda ciddi şəkildə müzakirə olunan mövzuya münasibət bildirdiyi hamıya aydındır.

Şeyxin bununla cəmiyyətə iki mesaj ötürdüyü bildirilir: 1) Rusiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə sovet və rus dövlət xadimi Yevgini Primakovun 90 illik yubileyinə həsr olunan esse müsabiqəsi və bu müsabiqəyə Bakı Slavyan Universiteti tələbələrinin qatılaraq, mükafat almasına; 2) Primakovu cidd-cəhdlə müdafiəyə girişən və onun “Azərbaycana xoş münasibət bəslədiyi” haqda rəy yaratmağa çalışanlara reaksiya.

Başqa sözlə desək, 20 Yanvar hadisələrinin birbaşa içində olan və bu tarixi hadisələrə şahidlik edən Şeyx hər şeyi öz adıyla çağırmağın vacibliyini bir daha xatırladıb.

Şeyx bu paylaşımı ilə Y.Promakovla bağlı vaxtilə açıqladığı bir faktı da gündəmə gətirmiş oldu. A.Paşazadə müsahibələrinin birində qeyd etmişdi ki, həmin dövrdə SSRİ Ali Sovetinin sədri olan Yevgeni Primakov 1990-cı ilin 20 yanvar qırğınından öncə ona (Allahşükür Paşazadəyə) hakimiyyəti götürəcəyi təqdirdə sovet ordusunun şəhərə girməyəcəyini vəd edib. Lakin bunun provokasiya olduğunu bilən Allahşükür Paşazadə təklifi rədd edib. Primakova müdrikcəsinə cavab verən Şeyx deyib: “Mən Moskvada komsomol məktəbini yox, Buraxaradakı dini universiteti bitirmişəm”. Çünki Şeyx bilirdi ki, həmin dövrdə hakimiyyəti götürsəydi, sovet rəhbərliyi Azərbaycanda dindarların hakimiyyətə gəlməsini əsas götürərək silsilə qırğınlar törədəcəkdi.

1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar nəticəsində şəhid olmuş şəxslərin dəfn mərasimlərinin keçirilməsi birbaşa Allahşükür Paşazadənin rəhbərliyi altında baş vermişdi. Həmin vaxt böyük nüfuzunun olmasından istifadə edən Şeyx rəhbərliklə xalq arasında vasitəçi rolunu oynayırdı. Yanvarın 20-də baş vermiş qırğından cəmi 2 gün sonra sovet qoşunlarının gözü qarşısında yüzminlərlə insanın iştirakı ilə dəfn mərasiminin təşkil edilməsi sıradan bir hadisə deyildi.

Qeyd edək ki, Yevgeni Primakov həm də islama və müsəlmanlara xüsusi nifrəti (antipatiya yox, məhz nifrət) ilə seçilib. Bunu şərqşünas Primakovun 70-ci illərdə qələmə aldığı məqalələrdən görmək mümkündür. Hətta bəzi analitiklər Primakovun bu gün Qərbdə tüğyan edən islamofobiyanın əsasının qoyanlardan biri olduğu iddiasındadır.

Beləliklə, Azərbaycanın yaxın tarixinin birbaşa iştirakçısı və şahidi olan Şeyx mövqeyini ortaya qoydu və Y.Primakova həsr olunan esse müsabiqəsinə də, onu təmizə çıxarma cəhdlərinə də etirazını bildirdi. Bir daha bəyan edildi ki, 20 Yanvar qırğınının baiskarlarından biri Yevgeni Primakovdur.

Şeyxin bu açıq və sərt münasibətini təkrarlamağa ehtiyac var: Primakov əlbəttə ki, xidmət etdiyi dövlətin böyük dövlət xadimidir. Ancaq bunun Azərbaycana və azərbaycanlılara dəxli yoxdur. O, 20 Yanvar qətliamının baiskarlarından biri, islamafob və Azərbaycanın müstəqilliyinə qarşı ən sərt tədbirlərin təşkilatçısıdır.

Onu müdafiə edənlər 20 Yanvar hadisələrini “unudanlar” və ya “unutdurmağa” cəhd edənlərdir.

Onların kimliyini isə Şeyx dəqiq ifadə edib.

 
22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov