Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a gözlənilən səfəri ilə bağlı detalları açıqlayıb.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu barədə Ərdoğan AKP-nin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Trampla aramızada telefon danışığı baş tutacaq. Bundan sonra səfərlə bağlı yekun qərarımı verəcəm”, - Ərdoğan söyləyib.
Qeyd edək ki, Tramp Ərdoğanı ABŞ-a səfərə dəvət etmişdi və bu səfərin 13 noyabrda baş tutacağı gözlənilirdi. Ancaq Nümayəndələr Palatasının “erməni soyqırımı” qətnaməsi və Türkiyəyə sanksiya qanununu təsdiqləməsindən sonra Ərdoğanın səfərdən imtina edə biləcəyi gündəmdədir.