Keçirilən görüşlərdə anladıq ki, ABŞ və Rusiyanın əsl dərdi neftdir. ABŞ Deyr əz-Zoru, Rusiya isə Qamışlını buraxmaq istəmədi. Çünki hər iki yerdə zəngin neft yataqları var.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Qamışlıdakı neft ehtiyatı Türkiyənin istifadə etdiyi neftin 50 faizi qədərdir. Hər iki ölkə bu nefti buraxmaq istəmir. Görüşlər zamanı ABŞ rəsmiləri “neft yataqlarının İŞİD-in əlinə keçməsini istəmirik” dedi. Hər iki ölkə digər mövzulara əhəmiyyət vermədi”, - Ərdoğan bildirib.