Qazaxıstan parlamentinin deputatları Türkiyə ilə uzunmüddətli hərbi əməkdaşlıq barədə razılaşmanı ratifikasiya edib.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu məlumatı “Sputnik Qazaxıstan” yayıb.
Razılaşma Nur-Sultan və Ankara arasında ortaq hərbi hazırlıq, hərbçilərin təlimi, birgə təlimlərin keçirilməsi, sülhməramlı əməliyyatlar, ortaq hərbi-texniki tədqiqatların keçirilməsini nəzərdə tutur. Tərəflərin bu razılaşma sayəsində əməkdaşlığın reallaşması üçün illik fəaliyyət planı hazırlayacaqları vurğulanıb.
Qeyd edək ki, Türkiyə ilə Qazaxıstan arasında adı çəkilən razılaşma 2018-ci ilin payızında imzalanıb.